Küveytin hava limanı su altında qaldı

Küveyt güclü qasırğaya məruz qalıb
###reklam250###

Şiddətli yağış, külək və duman ölkədə həyatı iflic edib.

Yerli KİV Küveyt Mülki Aviasiya Baş İdarəsinə istinadən bildirir ki, əlverişsiz hava səbəbindən Küveyt hava limanı müvəqqəti bağlanıb.

Küveytin beynəlxalq hava limanını su basdıqdan sonra bu ölkənin uçuşları Bəhreyndən və Səudiyyə Ərəbistanının əd-Dəmmam şəhərindən həyata keçirilməyə başlanıb.

Güclü yağışlar İran Körfəzi, Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə bir sıra fəsadlar törədib.

pia.az