Müsəlmanlar Camal Xaşogi üçün cənazə namazı qıldılar

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Xaşogi üçün Türkiyədə qiyabi cənazə namazı qılınıb
###reklam250###

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İstanbulun Fatih məscidində cümə namazından sonra qılınan cənazə namazında Xaşoginin dünyanın müxtəlif ölkələrindən gələn həmkarları və dostları da iştirak ediblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası rəhbərinin sözçüsü Yasin Aktay "Tvitter"də bəyan edib ki, Fatih məscidi ilə yanaşı Ankaradakı Kocatepe məscidi və bir neçə digər əyalətlərdə cənazə namazı qılınacaq.

Həmçinin, Türk-Ərəb Media Dərnəyinin sədri Turan Qışlaqcı Türkiyədən başqa, Məkkə, London, Paris, Vaşinqton, İslamabad, Cakarta, Rabat, Tunis və Küveytdə də Xaşogi üçün qiyabi cənazə namazları qılınacağını açıqlayıb.

pia.az