PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

PSJ UEFA Çempionlar Liqasından kənarlaşdırıla bilər
###reklam250###

Buna səbəb Paris təmsilçisinin maliyyə "fair-play" qaydalarını pozmasıdır.

Daha öncə mətbuatda Fransa klubunun şişirdilmiş sponsorluq müqavilələri barədə məlumatlar yayılıb.

Bundan sonra isə UEFA Kilian Mbappe və Neymarın transfer detallarını yoxlamaq qərarına gəlib. PSJ buna görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının C qrupunda 5 xalla üçüncü pillədə qərarlaşıb.(goal.az)

pia.az