Rubl kəskin ucuzlaşdı

Neftin ucuzlaşması rubla birbaşa təsir edib və nəticədə, Rusiya valyutasının məzənnəsi kəskin ucuzlaşıb
###reklam250###

Bu ilin aprelindən bəri ilk dəfə "Brent" markalı neftin bir barelinin qiyməti 3,5 dollar ucuzlaşıb və nəticədə, Rusiya rublu dollar və avro qarşısında kəskin ucuzlaşıb.

Neft alqı-satqısının düşməsi fonunda Moskva birjalarında dollar 67,35 rubldan 68,15 rubla qədər bahalaşıb. Avronun məzənnəsi də rublun uuczlaşması fonunda 76,7875-ə qədər yüksəlib.

Hazırda Rusiya bankları arasında dollar satışını 69,50-yə belə təqdim edən var. Bankların əksəriyyəti isə dolları 68,41-68,50 arasında dəyişirlər.(oxu.az)

pia.az