“1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil” - Rafael Hüseynov

Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq
###reklam250###

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib: "Mədəniyyətə diqqət artırılmalı və büdcədən bu sahəyə ayrılan vəsait artırılmalıdır. Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir".

Deputat bildirib ki, dövlət büdcəsində kinoya ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil: "Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər".(Trend)

pia.az