Sumqayıtda güclü yanğın: 60 nəfər təxliyə edilib

Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb

FHN-dən verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

pia.az