Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 48-ə çatdı

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları qurbanlarının sayı 48-ə çatıb
###reklam250###

Bunu Kaliforniya dairəsinin şerifi Byutt Kori Honea bildirib. Daha öncə 42 nəfərin öldüyü bildirilirdi. Honea deyib ki, daha altı cəsəd Paradayz dairəsində tapılıb.

Xatırladaq ki, "Camp" adlı meşə yanğınları noyabrın 8-də başlayıb və ştatın tarixinə ən dağıdıcı və məhvedici kimi düşüb.

Ümumilikdə, yanğının 35%-i lokallaşdırılıb. Onun nəticəsində 8,8 mindən çox evə ziyan dəyib.(Trend)

pia.az