"Səs yazısı onun günahkar olduğunu göstərmir..."  

Trampın müşaviri Səudiyyə vəliəhdinin müdafiəsinə qalxdı
###reklam250###

ABŞ hökuməti jurnalist Camal Xaşuqcinin qətlinin səs yazısının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun bu cinayətdə təqsirkar olmasının göstəricisi olduğunu hesab etmir.

TASS xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ASEAN sammitinə qatılmaq üçün gəldiyi Sinqapurda jurnalistlərlə söhbətində bildirib.

C.Bolton Türkiyə hökumətinin təqdim etdiyi bu səs yazısına şəxsən qulaq asmadığını, amma bunun səudiyyəli şahzadənin günahkar olduğunu göstərmədiyini qeyd edib.

“Düşünmürəm ki, bunu dinləyən insanlar belə nəticəyə gəliblər. Üstəlik, bu, qətiyyən Səudiyyə Ərəbistanı hökumətinin mövqeyi deyil”, – C.Bolton deyib.

###reklam250###

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan C.Xaşuqcinin öldürülməsi zamanı qeydə alınmış səs yazısını ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və Fransanın liderlərinə dinlətdiklərini bildirib.

Qeyd edək ki, “Washington Post” qəzetinin əməkdaşı Camal Xaşuqci bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Onun meyiti hələ də aşkarlanmayıb.

pia.az