Azərbaycanda növbəti iki gün üçün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb
###reklam250###

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, noyabr ayının 13-14-də ölkə ərazisində yağışlı hava şəraiti davam edəcək:

"Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin noyabr ayının 13-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq".(report)

pia.az