Murat aktyorluqdan imtina etdi

Musiqi karyerasına fasilə verərək "Dünya hali" filmində baş rol ifaçısı olan Murat Dalkılıç istədiyi uğuru qazana bilməyib
###reklam250###

PİA.AZ ölkə.az-a istinadən xəbər verir ki, bu səbəbdən də Murat aktyorluqdan imtina etmək qərarına gəlib.

Platonik sevgilisinin ürəyini ələ almağa çalışan gənc bir adamın hekayəsindən bəhs edən film 2 noyabr tarixində kinoteatrlarda təqdim edilib. Amma film 1 həftə ərzində cəmi 8 min insan tərəfindən izlənilib. Dalkılıç isə aktyorluq dəftərini bağlamaq qərarına gəlib.

Murat bundan sonra sadəcə musiqi ilə məşğul olacaq və yeni albom üçün işə başlayacaq.

pia.az