"90 dəqiqə təhqirə dözmək asan deyil"

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyonun Çempionlar Liqasının qrup mərhələsinin "Yuventus"la səfər oyunu (2:1) zamanı yerli azarkeşlərlə yaşadığı problemə münasibət bildirib
###reklam250###

Təcrübəli mütəxəssis matç ərzində təhqir olunan həmkarını müdafiə edib:

"Mourinyinu başa düşürəm. 90 dəqiqə təhqirə dözmək asan deyil. O, oyundan sonra iraniyalı jest edib, ancaq bu, elə də ciddi bir şey deyil. Bu cür davamlı təhqirlərə son verilməlidir. Söhbət təkcə Turindən getmir, bu, İtaliyadakı bütün stadionlarda baş verir".

Qeyd edək ki, "Mançester Yunayted" "Yuventus"la oyunda hesabda geri düşsə də, sona 6 dəqiqə qalmış 2 qol vuraraq, əzmkar qələbə qazanıb. (qol.az)

pia.az