Bəzi rayonların icra başçılarına rəsmən pul ayrılmayacaq

2019‐cu ildə ölkənin 34 şəhər və rayonu dövlət büdcəsindən dotasiya almadan öz büdcəsini müstəqil şəkildə formalaşdıracaq
###reklam250###

Başqa sözlə, bu şəhər və rayonlar “xozraşot”a keçirlər, özləri qazanıb, özləri xərcləməlidirlər.

Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn ilin büdcə zərfində Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarının xərclərinin öz gəlirləri hesabına təmin edilməsi nəzərdə tutulub.

2019‐cu ildə Gəncənin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri isə 21 milyon manat proqnozlaşdırılır.

Azərbaycanda rayonların inkişafında əsas istiqamət yerli potensialın gücləndirilməsidir, hətta hökumətin məqsədi investisiya layihələrinin, maliyyə xərclərinin belə yerli resurslar hesabına həyata keçirilməsinə nail olmaqdır. Aqropark və sənaye şəhərciklərinin yaradılmasında da yerli sahibkarların maliyyə imkanlarından istifadə edilməsi qərara alınıb.

pia.az