Cənubi Koreyada yaşayış binasında yanğın: 7 ölü, 20 yaralı

Cənubi Koreyanın paytaxtı Seulda yaşayış binası yanıb
###reklam250###

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, güclü yanğını söndürmək üçün əraziyə 52 yanğınsöndürən maşın və 173 canlı qüvvə cəlb edilib.

Yanğın söndürüldükdən sonra 7 nəfərin öldüyü məlum olub. Daha 20 nəfər isə xəsarətlər alıb.

Məlumata görə, 30 il öncə tikilmiş binada yanğın təhlükəsizliyi sistemi qurşadırılmayıb.

pia.az