Ən ucuz noutbuk təqdim edildi

“Xiaomi” şirkəti 15,6 düym diaqonala malik “Mi Notebook” modelini təqdim edib
###reklam250###

11 noyabrda satışa çıxarılacaq bu noutbukun qiyməti təxminən 820 manatdan başlayacaq.

Teleqraf.com "İktnyus.az"a istinadən xəbər verir ki, məlumata görə, sözügedən noutbuk 15,6 düym diaqonallı modellər arasında ən ucuz olacaq. “Mi Notebook” 8-ci nəsil “Intel Core i3” prosessoru və 4 QB-lıq əməli yaddaş (32 QB-dək artırmaq mümkündür) təchiz edilib. Sərt diskin tutumu 128 QB təşkil edəcək.

Noutbukun korpusunun tamamilə metaldan işlənilməsinə baxmayaraq, model kifayət qədər yüngül və istifadəsi rahat olacaq.

pia.az