Çaylarda suyun səviyyəsi dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-150 faizini təşkil edir
###reklam250###

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, noyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.

##relatedPost2##Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma qeydə alınıb, lakin Surrada 4, Salyanda isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2017-ci il noyabrın 08-də 316 sm), Şirvanda 187 sm (2017-ci il noyabrın 08-də 171 sm), Salyanda 137 sm (2017-ci il noyabrın 08-də 155 sm), Bankədə 175 sm (2017-ci il noyabrın 08-də 174 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2017-ci il noyabrın 08-də 37 sm) təşkil edir.

pia.az