Donald Tramp Tauzand-Oks şəhərində baş vermiş silahlı insidentə münasibət bildirib  

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində baş vermiş silahlı insidentlə bağlı “Twitter”də yazı paylaşıb
###reklam250###

“Report” xəbər verir ki, dövlət başçısı hadisə barədə tam məlumat aldığını qeyd edib.

"Asayiş mühafizəçiləri, çevik əməliyyat xidmətləri, Federal Təhqiqatlar Bürosu hadisə yerindədir. Həlak olanlara Allahdan mərhəmət diləyir, ailələrinə başsağlığı verirəm", - D.Tramp yazıb.

Prezident həmçinin polislərin böyük cəsarət göstərdiklərini vurğulayaraq onlara təşəkkür edib.

Qeyd edək ki, ötən axşam “Borderline Bar and Grill” barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 13 nəfər ölüb. Cinayətkar məhv edilib.

pia.az