Rusiyada helikopter qəzası: 1 ölü, 3 yaralı

Rusiyanın Tver vilayətində “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
###reklam250###

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu vilayətin Səhiyyə İdarəsindən bildiriblər.

Qeyd olunub ki, bu, ilkin informasiyadı, ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisə yerinə xilasedicilər və həkim briqadası cəlb olunub.

pia.az