ABŞ ballistik raketini sınaqdan keçirdi

ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniyanın Vandenberqdəki bazasında “Minuteman 3” ballistik raketi sınaqdan keçirilib
###reklam250###

Bununla bağlı “Associated Press” məlumat yayıb.

Sınaq zamanı raket döyüş hissəsi ilə təchiz olunmayıb. Uğurlu həyata keçirildiyi deyilən sınaqla bağlı əlavə məlumat verilməyib.

“Minuteman 3” raketi 1970-ci ildən ABŞ ordusunun silahlanmasına daxil edilib və 1978-ci ildə onun istehsalı dayandırılıb. Raket 12 min kilometr radiusda olan hədəfi məhv etmək gücündədir.

pia.az