Ucarda mikroavtobus qoyun sürüsünə girdi: 42 heyvan tələf oldu

Ucar rayonunda mikroavtobus qoyun sürüsünə girib
###reklam250###

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

pia.az