Rusiya gücləndirilmiş nəzarət rejiminin tətbiqinə başlayıb

Bu barədə Rusiya KİV-inə istinadən məlumat verir  
###reklam250###

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (Rosselxoznadzor) Ermənistan müəssisələrindən gələn qida məhsulları ilə bağlı gücləndirilmiş laborator nəzarət rejimi tətbiq etməyə başlayıb.

Belə ki, “Rosselxoznadzor” ekspertləri “Ayr Yev Vordi Buniatyanner” şirkətinin məhsullarında nitrofuran metabolitləri, “Fişart”ın nərə balığı kürüsündə və “Hayts İşxan”ın qızıl balıq kürüsündə isə maya aşkar ediblər.

Xatırladaq ki, bundan əvvəl Avrasiya İqtisadi Birliyinin (AİB) sanitar-baytarlıq tələblərinin pozulması ilə əlaqədar Ermənistanın bəzi müəssisələrinin məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər qoyulub.

pia.az