Yekaterinburqda hərbi zavod yanır - Video

Rusiyanın Yekaterinburq şəhərindəki "Vektor" hərbi zavodunda yanğın baş verib
###reklam250###

Trend-in məlumatına görə, yanğın zavodun dam örtüyündə olub, sonra havalandırma sisteminə keçib.

Yanğının əhatə sahəsi hələ məlum deyil.

Müəssisənin əməkdaşları təxliyə edilib. Zavodda 300-400 nəfər işçi çalışır.

Qeyd edək ki, "Vektor" zavodu hərbi təyinatlı rabitə aparatları və radiolokasiya stansiyalarının istehsalında ixtisaslaşıb.

pia.az