Mahaçqalanın mer əvəzi də tutuldu

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Dağıstanın paytaxtı Mahaçqala şəhəri merinin vəzifələrini icra edən Abusupyan Həsənovu həbs edib
###reklam250###

Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, Həsənova qarşı “vəzifə səlahiyyətlərini aşma” maddəsi üzrə cinayət işi başlanıb.

Bildirildiyinə görə, onun qanunsuz hərəkətləri nəticəsində dövlətə 40 milyon rubl ziyan dəyib.

pia.az