Amerika tarixində bir ilk: İki müsəlman qadın Konqresdə - Foto

ABŞ Konqresinə keçirilən seçkilərdə Fələstin əsilli Rəşidə Tlayib və somali əsilli İlhan Ömər Nümayəndələr Palatasına seçilən ilk müsəlman qadınlardır
###reklam250###

Onlar Konqresdə Miçiqan və Minnesota ştatlarını təmsil edəcəklər.

Rəşidə seçkilərdən əvvəl mətbuata açıqlamasında “Məqsədim Konqresdə vaxt keçirmək yox, hər kəsə dediyim kimi, layiqli şəkildə İslamı təmsil etməkdir” - demişdi.

Rəşidə bu postda cinsi zorakılıqda ittiham edildikdən sonra istefaya gedən Con Konyersi əvəz edib.

Somali əsilli İlhan isə Respublikaçı rəqibi Cenifer Zelinskini məğlub edərək bu posta qalxmağı bacarıb. O, bu postda Keyt Ellisonu əvəz edib.

İlhan Ömər Prezident Donald Trampın miqrantlara qarşı radikal siyasətinə qarşı mübarizə aparacağını bildirib.(Teleqraf.com)

pia.az