Komitə sədri təhsilə ayrılan vəsaitin azlığından şikayətləndi

Təhsilə ayrılan vəsait çox azdır və bu, ədalətsizlikdir
###reklam250###

Bunu parlamentdə büdcə müzakirələrində akademik, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, təhsil sahəsinə ayrılan vəsaitin artırılmasının vacibliyini dilə gətirib.

Komitə sədri Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının əməkhaqlarının azlığından şikayətlənib və bunun nəzərə alınmasını təklif edib.

Ə.Əmiraslanov onkoloji xəstəliklərlə bağlı vəsaitin dəyişməz qalmasından, cəmi 30 milyon manat olmasından narazılığını ifadə edib:

“Hesab edirəm ki, bu vəsait mütləq artırılmalıdır, dəyişməz qalmamalıdır. Həmçinin, biz neçə illərdir Azərbaycanda kök-hüceyrə mərkəzinin yaradılmasına çalışırıq. Çünki yüz minlərlə insanın bu mərkəzlərə ehtiyacı var. Amma çox təəssüf olsun ki, bu məsələ yenə də büdcədə nəzərdə tutulmayıb. Bu, düzgün deyil”.

pia.az