Avstriyanın rusiyapərəst ultrasağ hökuməti çeçenləri kütləvi şəkildə rus kəşfiyyatına təslim edə bilər

Çeçen siyasətçisi, 13 il il bundan öncə Rusiyadan qaçıb Avstriyada sığınacaq əldə edən Hüseyn İsxanov bu günlərdə həyəcanlı çağırışla ictimaiyyətə müraciət edib
###reklam250###

İsxanov Avstriya daxili işlər naziri Herbert Kikllə ilə rusyialı həmkarı Vladimir Kolokolstev arasındakı görüşünü təşvişlə izlədiklərini bildirib.

Həmin görüşdə nazirlərin Avstriyada yaşayan çeçenlərin Rusiyaya deportasiya edilməsi barədə danışdıqları barədə xəbərlər gəlir.

Vyanadakı “İçkeriya” mədəniyyət mərkəzinə rəhbərlik edən İsxanov hazırda insanların nə baş verdiyini anlamadıqlarını və olduqca qorxduqlarını dilə gətirib.

Hazırda Avstriyada yaşayan 35 min çeçen vətəndaşlıq ala bilmədikləri üçün onların hər an Rusiyaya geri qaytarılmaq təhlükəsi var.

##relatedPost2##

“Avstriya hakimiyyəti bilməlidir ki. bizdə vətəndaş müharibəsi baş verməyib. Rusiya İçkeriya ilə 1994-2006-cı illərdə müharibə aparıb. İnsanlar Rusiyaya tabe olmaq istəmədikləri üçün oradan köçüblər”, - vaxtilə prezident Aslan Masxadovun yaxın adamı olan İsxanov Avstriyanın “Kurier” qəzeitnə danışıb.

İsxanov hakimiyyətdə olan Avstriya Azadlıq partiyasını tənqid edib. Onun fikrincə, Suriyada vəhabilərin tərəfində vuruşan 40-50 çeçendən ötrü bütün xalqı “canavar” adlandırmaq, diasporun hamısını cihadizmdə ittiham etmək mümkün deyil. Eyni məntiqlə bütün avstriyalılar da “frits”, yəni faşist olmalıdırlar.

İsxanov çeçenlərin Rusiyaya geri qayıtması halında onları Ramzan Kadırovun işgəncələrini gözlədiyini də vurğulayıb.(musavat.com)

pia.az