Ahmet Kural Sıladan üzr istədi

Sevgilisi Ahmet Kural tərəfindən döyüldüyünü iddia edən müğənni Sıla Gençoğlu araşdırması ilə bağlı yeni xəbər yayılıb
###reklam250###

Ahmet sosial şəbəkədə paylaşım edərək, Sıladan və bütün qadınlardan üzr istəyib:

"Bütün baş verənləri polisə ifadə verərkən danışacağımı demişdim. Elə də edəcəyəm. Çox sevən, sevdiyini görəndə gözləri partlayan bir insan olaraq, qəlbim çox ağrısa da, baş verənlərlə bağlı məndən pis nəsə eşitməyəcəksiniz.

Qadına qarşı şiddətdə adım hallandığı üçün çox pisəm. Haqqımda iddia edilənlərin əksəriyyəti doğru deyil. Sevdiyim qadınla mübahisə zamanı onu itələmək mənə yaraşmazdı. türkiyədə yaşanılan bir eşqin örnək siması olduğumuz halda belə duruma gəlmək yaxşı deyildi.

Bu münasibətə və Sılaya qarşı olan hörmətimdən, bizi sevənlərin bu sevgiyə verdiyi dəyəri nəzərə alaraq hadisənin xırdalıqlarını ancaq polisə danışacağam". (axsam.az)

pia.az