Hindistan Həcc qadağasını ləğv etdi

Hindistanda fiziki cəhətdən əlil olanların Həccə getməsi ilə bağlı qadağa aradan qaldırılıb
###reklam250###

Hindistanda fiziki cəhətdən əlil olan, habelə bəzi xəstəliklərdən əziyyət çəkən müsəlmanların Həcc ziyarətinə getməsi ilə bağlı qadağa aradan qaldırılıb.

Dehli Yüksək Məhkəməsində keçirilən iclasda fiziki əlilliyi olan şəxslərin bundan sonra fiziki olaraq qeyri-sağlam hesab edilməməsi qərara alınıb. Bu da öz növbəsində həmin kateqoriyadan olan müsəlmanların Həcc ziyarətinə getməsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. Məhdudiyyətin tətbiqinə dilənçilik fəaliyyətinin qadağan olunduğu Səudiyyə Ərəbistanında Hindistandan olan iki əlil zəvvarın dilənməsi faktının ortaya çıxması səbəb olmuşdu.

Hindistan Həcc Komitəsi fiziki əlilliyi olan və xəstə möminlərin istəklərinə uyğun olaraq tək və ya yaxın qohumlarının müşayiəti ilə Həcc ziyarətinə getməsinə imkan yaradacaq.(AZƏRTAC)

pia.az