Türkiyə Ordusu Suriyada terrorçuların mövqelərinə zərbələr endirib

Türkiyə Ordusu Suriyanın Ayn-əl-Ərəb bölgəsindəki terrorçu PKK/YPG-PYD-nin mövqelərinə zərbələr endirib
###reklam250###

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Türkiyənin Şanlıurfa əyalətinin Suruc rayonundan Fərat çayının şərqində yerləşən Ayn-əl-Ərəb (kürd separatçıları Kobani deyir) bölgəsindəki PKK terrorçularının mövqeləri haubitsa ilə atəşə tutulub. Nəticədə 4 terrorçu məhv edilib, 6-sı yaralanıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Fəratın şərqində yerləşən terrorçuların mövqelərinə zərbə endirəcəklərini bildirib.

pia.az