Vəliəhd şahzadəni əvəzləyəcək adam Ər-Riyada qayıtdı

Səudiyyə kral mənbələri, kral Salman bin Abdulazizin ögey qardaşı şahzadə Əhməd bin Abdulazizin ölkəsinə geri qayıtdığını deyib
###reklam250###

Şahzadə Əhmədin qayıdışını təsdiq edən rəsmi bir açıqlama isə edilməyib.Bir müddətdir Londonda sürgün həyatı yaşayan şahzadə Əhmədin, ölkəsinə qayıdış qərarını necə verdiyinə yönəlik bir məlumat bölüşməyən şahzadə Əhmədin təhlükəsizliyilə bağlı bəzi təminatlar aldığı güman edilir.Şahzadə Bin Salmanın yerinə keçəcək insan kimi görünürŞahzadə Əhməd, bəzi Qərb ekspertləri tərəfindən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yerinə keçəcək bir insan kimi görünür.

Şahzadə Əhməd bin Abdulaziz.

BBC-nin təhlükəsizlik müxbiri bildiribŞahzadə Əhmədin qayıdışına dair rəsmi açıqlama verilməsə də, BBC-nin təhlükəsizlik müxbiri Frank Gardner, bu xəbərin Səudiyyə xanədanına yaxın mənbələr tərəfindən dövriyyəyə buraxılmasının vəliəhd şahzadə Məhəmməd bin Salmanın gələcəyinə dair gedən mübahisələrin bir göstəricisi olduğunu deyir. (müxalifət.az)

pia.az