Tunisin mərkəzində terrorçu qadın özünü partlatdı, 9 nəfər yaralanıb

Oktyabrın 29-da Tunis paytaxtının mərkəzindəki Həbib Burgib küçəsində güclü partlayış baş verib
###reklam250###

AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadze partlayıcı qurğunu Daxili İşlər Nazirliyinin yerləşdiyi binanın yaxınlığında işə salıb. Hədəf oradakı polis əməkdaşları olub.

İnsident nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir. Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb, təhqiqat aparılır. Şahidlərin sözlərinə görə, partlayışı qadın törədib.

pia.az