Qubadakı cinayətlə bağlı 3 nəfər həbs edildi

Quba rayonunda dəhşətli qətl hadisəsi ilə bağlı iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib
###reklam250###

Quba rayon Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, bu gün hakim Xəqani Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Elşad Əsədovun qətlində təqsirli bilinən Zabit Yolçuyev, Mətləb Muradov və Pərviz Əsədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Quba rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqancliq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb.

Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

##relatedPost2##

Cinayəti törədən şəxslər polis və prokurorluq əməkdaşları tərəfindən yaxalanıb.

Onu da əlavə edək ki, istintaq gedişi zamanı kəndin 100-ə yaxın sakini istintaqa cəlb olunub, dindirilib, saxlanılabnların sayının 10-a yaxın olduğu bildirilir.

Hələlik rəsmi məlumata görə, yalnız üç nəfərin barəsində - Zabit Yolçuyev, Mətləb Muradov və Pərviz Əsədovun barəsində həbs qətimkan tədbiri seçilib.

pia.az