Ermənistanda qalmaqallı olay:Rusiyalı zabitin avtomobili yandırıldı

Ermənsitanın Şirak vilayətinin prokurorluğunda oktyabrın 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilinin yandırılması faktı üzrə materiallar hazırlanır
###reklam250###

Bu barədə “Sputnik Ermənistan”ı Şirak prokuroru Karen Qabrielyan məlumatlandırıb.

Mənbəyə əsasən, naməlum şəxslər Rusiyanın 102-ci hərbi bazasının hərbi hospitalının rəis müavini Məhəmməd Məhəmmədovun maşınını yandırıblar. Baş vermiş hadisə ilə bağlı polisə zərərçəkmişin özü xəbər verib.

“Nissan Teana” markalı avtomobilin yararsız vəziyyətə düşməsi üzündən hərbi həkimə 3 milyon dram həcmində zərər yetirilib.

MilliYol.Az