“New York Times”:“Türklər Xaşuqci cinayəti ilə bağlı dəlilləri amerikalılara vermək istəmirdi”
“New York Times” qəzeti bugünkü sayında MİT-in CIA rəhbəri Cina Haspelə təqdim etdiyi dəlillərə toxunub.
Qəzet Ərdoğana yaxın olan iki şəxsə istinadla türk kəşfiyyat idarəsinin Xaşuqci işi ilə bağlı sübutları Ağ Evlə əvvəlcə bölüşmək istəmədiyini iddia edib. “Onlar Tramp administrasiyasının Səudiyyə Ərəbistanına kömək edə biləcəyindən, bəlkə də bu məlumatların şahzadə Məhəmmədə çatdırılacağından qorxurdu”.
Bir vaxtlar Türkiyədə çalışmış və hazırda “Crumpton Group” analitik şirkətinin icraçı direktoru Ted Troy deyib: “Türklər, ehtimal ki, özləri CIA direktorunu Ankaraya dəvət edib və ona materialları göstəriblər”.
Cina Haspel türkcə sərbəst danışır və əvvəllər CIA əməkdaşı kimi Türkiyə kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq edib.
CIA-nın digər sabiq əməkdaşı, hazırda Brukinqs İnstitutunda elmi işçi olan Bryus Ridel “New York Times” qəzetinə bildirib: “Ərdoğan amerikalılarla pişik siçanla oynadığı kimi davranır”.(strateq.az)
pia.az