Tramp “Hizbullah” tərəfdarlarına qarşı sanksiyalar haqqında qanun imzalayıb

ABŞ prezidenti Donald Tramp Livanın “Hizbullah” hərəkatına dəstək verən şəxslərə qarşı sanksiyaların tətbiqini tələb edən qanun imzalayıb
###reklam250###

Bu barədə Ağ Ev məlumat yayıb.

“Bu gün prezident tərəfindən imzalanmış qanun “Hizbullah”ın beynəlxalq maliyyə sistemindən maliyyələşdirilməsini daha çox təcrid edəcək və onu azaldacaq”, – deyə bəyanatda qeyd edilib.

Bildirilir ki, sanksiyalar “Hizbullah” dəstəkləyən hökumət qurumlarına, fiziki şəxslərə, habelə narkotrafiklərə və digər transsərhəd cinayətlərə cəlb edilmiş şəbəkələrə qarşı tətbiq ediləcək.(Report)

pia.az