ABŞ təşvişdə - Sabiq prezidentlərə bomba xəbərdarlığı

Silsilə bomba xəbərdarlıqları ABŞ-ı təşvişə salıb
###reklam250###

Sabiq prezidentlər - Bill Klinton və Barak Obamaya bombalı paket göndərildiyi barədə xəbərdarlıq olunub.

Klintonlar ailəsinin evi yaxınlığında əldədüzəltmə partlayıcı qurğu aşkarlanıb. Qurğunu poçtu nəzərdən keçirərkən Klintonların işçisi tapıb. Hadisə yerinə polis qüvvələri və bomba mütəxəssisləri çağırılıb.

Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb. Daha sonra Barak Obamaya da bombalı paket göndərildiyi bildirilib.

Son olaraq CNN telekanalının Nyu-Yorkdakı ofisinin əməkdaşları təxliyyə olunub. Bu barədə telekanalın əməkdaşı Erik Levinson "Twitter"dəki səhifəsində məlumat verib.

“Hazırda CNN-in Nyu-York ofisindən təxliyyə həyata keçirilir. Ətraf polislə doludur”, - o yazıb.(Publika.az )

pia.az