İlham Mirzəyevə cinayət işi açıldı- DİN-dən rəsmi açıqlama

Daxili işlər Nazirliyi teleaparıcı və baxıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb.
Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin rəis müavini Ehzan Zahidov açıqlama verib. Onun sözlərinə İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub:“İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılıb. Hazırda istintaq gedir”.