Hamamda boğularaq həlak oldu

Qubada bir nəfər hamamda boğularaq ölüb
###reklam250###

Quba rayon Ərdəbil küçəsi 106 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Ehtibar Səməd oğlu Əliyev hamamda çimərkın boğulub.

Yaxınları onu hamamda çox qaldığını müşahidə edib və qapını döydükdə cavab gəlməyib. Qapını açdıqdan sonra görüblər ki, hamamda boğulub. Hadisə yerinə Quba Rayon Mərkəzi xəstəxanasının TTY maşını çağrılıb. Ancaq onun artıq vəfat etdiyi məlum olub.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)

pia.az