Dağıstanda azərbaycanlıların faciəvi ölümü

Dərbənddə hüquq-mühafizə orqanları tikintidə aşkar edilmiş üç şəxsin ölüm səbəbini araşdırırlar
###reklam250###

Rusiya KİV-i xəbər verir ki, ölənlər Azərbaycan vətəndaşlarıdır.

Məlumatlara görə, hər üç şəxsin cəsədi Dərbənd şəhərində tikilən çoxmərtəbəli binanın yaxınlığında aşkar edilib. İlkin ehtimallara görə, onlar hündürlükdən yıxılaraq ölüblər.

Hazırda faktla bağlı araşdırmalar aparılır.(oxu.az)

pia.az