İran ABŞ sanksiyasının ən sərt dalğasına hazırlaşır

Avropa Birliyi və İran arasında ticarət əməkdaşlığı üçün yaradılan mexanizm noyabrdan işləyəcək
###reklam250###

Bunu jurnalistlərə açıqlamasında İranın Rusiyadakı səfiri Mehdi Sənai deyib. Onun sözlərinə görə, İran nüvə razılaşmasının bütün şərtlərinə əməl edir:

“İran beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür. MAQATE-nin yayımladığı 12 hesabat İranın öhdəliklərinə sadiq olduğunu göstərir”.

Qeyd edək ki, Avropa Birliyi bundan öncə İranla ticarət əlaqəsi quran şirkətlərini ABŞ sanksiyalarından qoruyacaq mexanizm hazırlayacağını bildirib.

ABŞ sanksiyaları tam şəkildə 4 noyabrda qüvvəyə minəcək.(axar.az)

pia.az