Trampın müşaviri Bolton Moskvadadır

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb
###reklam250###

Rusiyaya səfərə gəlmiş ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton oktyabrın 22-də Moskvada danışıqlara başlayıb.

O, Prezident Vladimir Putin yanında Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Boltonla görüşəcəyini oktyabrın 21-də təsdiqləyib. Amma bunun ikigünlük səfərin birinci günü – oktyabrın 22-də baş verməyəcəyini deyib.

Qeyd edək ki, Tramp ölkəsinin nüvə silahları sazişindən çıxacağını elan edəndən sonra tərəflər arasında gərginlik daha da artıb. “Birləşmiş Ştatların sazişdən çıxması dünyanı daha təhlükəli edər, Rusiya nüvə enerjisi balansını bərpa etməkdən ötrü tədbirlərə əl atmalı olar”-deyə Peskov bu gün deyib.

Bu gün Bolton Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşməlidir. (Azadlıq Radiosu)

pia.az