Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər girovları buraxdı və təslim oldu

Türkiyənin Qaziantep şəhərində ticarət mərkəzinə girən fərari əsgər girovları sərbəst buraxıb, özü isə təslim olub
###reklam250###

“Haber7” bildirir ki, hadisə ilə bağlı əməliyyat yarım saat çəkib.

* * *

Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb.

NTV telekanalı xəbər verir ki, fərari hərbçi qaçan zaman özü ilə “G3” markalı tüfəngini də götürüb.

Hələlik kimliyi açıqlanmayan silahlı hərbçi daha sonra ticarət mərkəzinə gələrək orada işləyənləri girov götürüb.

Hadisənin səbəbi məlum deyil.

Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvəsi cəlb edilib.

pia.az