Ukrayna döyüş sursatının 40 faizini itirdi

Son 1,5 ildə hərbi anbarlarda baş verən hadisələr nəticəsində Ukrayna malik olduğu hərbi sursatın 40 faizini itirib
###reklam250###

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 2017-ci ilin əvvəlindən tapança gülləsindən başlayaraq “Toçka-U” ballistik raketlərinə qədər bütün növ sursatlardan ümumilikdə 210 min ton məhv edilib. Bu isə Ukrayna ordusunun Donbasda keçirdiyi əməliyyat zamanı sərf etdiyi sursatdan 3 dəfə çoxdur.

Qeyd olunur ki, Ukrayna büdcəsi itkiləri bərpa etmək gücünə malik deyil. Məsələn, 152 millimetrlik top mərmisi dünya bazarında 2-3 min dollara satılır.

pia.az