Zaqatalada Rusiya dövlət qeydiyyat nişanlı maşın adam vurdu

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
###reklam250###

Rayonun Muxax kəndi ərazisində yerli sakin Famil Yəhyayev idarə etdiyi “VAZ-21014” markalı, Rusiya dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Muxax kənd sakini Güləbatın Tapdıq qızı Gəncəliyevanı vurub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Gəncəliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, G.Gəncəliyevaya qapalı kəllə-beyin travması və bədənin çoxsayı sıyrığı xəsarətləri dioqnozu qoyulub, müalicəsi Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma gedir.

pia.az