Ramzan Kadırov İnquşetiyaya səfər edib və etiraz aksiyasının iştirakçıları ilə görüşüb

Çeçenistan başçısı Ramzan Kadırov məlumat verib ki, İnquşetiyaya səfər edib və respublikanın din xadimi Mühacir Nalgiyevlə, eyni zamanda yerli sakinlərlə görüşüb  
###reklam250###

Ramzan Kadırov bununla əlaqədar özünün “Telegram” hesabında yazıb: “Cümə günü axşam İnquşetiyaya getdim və Surxaxi kəndində məşhur və hörmətli ağsaqqal Mühacir Nalgiyevlə görüşdüm... sonra yerli sakinlərin və çoxlu gəncin toplaşdığı məscidə getdim”, - Çeçenistan başçısı yazıb.

Kadırov qeyd edib ki, daha öncə Nalgiyev onun ünvanına “nalayiq ifadələr işlədib”. Çeçen liderinin sözlərinə görə, ağsaqqal onun inquş xalqına və din xadimlərinə xitabən çıxışını düzgün anlamayıb. Kadırov bildirib ki, inquş din xadimi ondan üzr istəyib. Öz növbəsində, Çeçenistan başçısı Nalgiyevdən üzr istəyib.

Özünün məlumatında Kadırov iki respublika arasında sərhəd probleminə də toxunub. “Rusiya qanunlarına görə, inzibati sərhəd olmalıdır. Biz onu Çeçenistanla İnquşetiya arasında çəkdik, lakin heç vaxt çeçen və inquş xalqları arasında çəkmərik”, - o əmin edib.(virtualaz.org)

pia.az