Bild: "Bavariya" bu gün yeni baş məşqçisini açıqlayacaq

Almaniyanın “Bavariya” klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirəcək
###reklam250###

“Report”un “Bild”ə istinadən verdiyi məlumata görə, Münhen klubunun prezidenti Uli Heness, İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge və idman direktoru Həsən Salihamiciçin qatılacağı tədbirdə baş məşqçi Niko Kovaçın istefasının və onun xələfinin açıqlanacağı gözlənilir. Mətbuat konfransı Bakı Vaxtı ilə saat 17:30-a təyin olunub.

Nəşr iddia edir ki, sözügen “üçlü”nün sonuncu dəfə 9 oktyabr 2017-ci ildə Yupp Haynkesin baş məşqçi qismində təqdimat mərasimində iştirak etməsi belə düşünməyə əsas verir. Uğrusuz nəticələrdən sonra U.Heness N.Kovaçla yola davam etmək istədiklərini qətiyyətlə söyləsə də, digər ikili heç bir açıqlama verməyib.

N.Kovaç bu ilin aprelində “Bavariya”nın baş məşqçisi təyin olunub. O, ötən mövsümün yekununda “Ayntraxt”ı tərk edərək, yeni işinə başlayıb.

Mühhen klubu Bundesliqada 7 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb. Çempionlar Liqasında E qrupunda yer alan “Bavariya” ilk turda “Benfika”nı portuqaliyada 2 cavabsız qolla məğlub etsə də, ardıncə evdə Hollandiya “Ayaks”ı ilə bərabərə qalıb.

Qeyd edək ki, “Bavariya”nın baş məşqçisi postuna əsas namizəd kimi 3 fransalı mütəxəssis – Arsen Venger, Zinəddin Zidan və Loran Blan göstərilir.

pia.az