Suriyada dinc əhali bombalandı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb
###reklam250###

PİA.az RİA-ya xəbər verir ki, bunu Suriyadan olan hərbi mənbə deyib.

Zərbənin Əs-Susa kəndinə endirildiyi qeyd olunur.

"Bəli, bu gün belə bir hadisə baş verib, koalisiya aviasiyası daima günahsız insanların evlərini bombalamaqla İŞİD-ə kömək edir", – deyə mənbə əlavə edib.

Hadisə nəticəsində ölən və yaralananlar var.

pia.az