Növbəti üç gündə hava şəraitində dəyişiklik gözlənilmir

Azərbaycan ərazisində növbəti üç gün ərzində müşahidə olunacaq hava proqnozu açıqlanıb
###reklam250###

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, oktyabrın 19-u, 20-si və 21-də hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

O bildirib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin səhər saatlarında bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

Nazirlik rəsmisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 19-22, aran rayonlarında 21-25, dağlıq ərazilərdə isə 11-16 dərəcə isti təşkil edəcək".

pia.az