Özcan Deniz: “Şillədən sonra 3 gün qulağım eşitmədi” – Video

“İstanbullu gelin” serialında Faruk Boran xarakterinə həyat verən Özcan Deniz anasını canlandıran İpek Bilginin (Esma Boran) ona şillə vurmasınadan bəhs edib
###reklam250###

Musavat.com xəbər verir ki, serialda Bilgin ilə mübahisə zamanı aktrisa ona şillə vurub. Həmin görüntüləri sosial şəbəkədə paylaşan ifaçı aktrisanın bilmədən ona bərk şillə vurduğunu yazıb.

İfaçının zarafatla yazdığı "Üç gündür ki, qulağım eşitmir. Bilgin, mən insanam”, - sözləri minlərlə insan tərəfindən bəyənilib.

pia.az