Pompeo vəlihəd şahzadə ilə görüşdü

Xaşuqçinin yoxa çıxması müzakirə olunub
###reklam250###

ABŞ-ın Dövlət katibi Miayk Pompeo Səudiyyə Ərəbistanında Kral Salmanla görüşüb, səudiyyəli yazar Camal Xaşuqçinin Türkiyədə yoxa çıxmasını, Səudiyyə konsulluğunda qətlə yetirilməsi iddialarını müzakirə edib.

Prezident Donald Tramp Pompeonu Ər-Riyada Səudiyyə kralıyla telefon söhbətindən sonra göndərib.

Xaşuqçi Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid etməsilə tanınırdı, o, iki həftə öncə İstanbuldakı Səudiyyə konsulluğuna girəndən sonra onu görən olmayıb. Dövlət Departamentinin bəyanatında deyilir ki, Pompeo Kral Salmana Xaşuqçinin yoxa çıxmasını hərtərəfli və şəffaf şəkildə araşdırmaq öhdəliyinə görə təşəkkür edib.

Pompeo Səudiyyənin Xarici işlər naziri Adel əl-Zubeyir ilə görüşdən sonra vəliəhd şahzadə ilə danışıqlar aparıb.

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan isə bəyan edib ki, polis Səudiyyə konsulluğunda zəhərli materiallar axtarıb. Təhqiqatçıların oktyabrın 16-da konsulluqda yenidən axtarış aparacağı gözlənir.

“Çox şey axtarırlar, buraya zəhərli materiallar, onların üstündən rənglənərək itirilməsi də daxildir”, – Ərdogan parlamentdə partiyası qarşısında çıxışında deyib.

BMT-nin insan haqları üzrə rəhbəri Miçelle Baçelet isə oktyabrın 16-da bildirib ki, Xaşuqçi işilə əlaqədar diplomatik binaların toxunulmazlığı qaldırılmalıdır:

“Baş verənlərin araşdırılması, kimin məsuliyyət daşıdığının üzə çıxarılması üçün aparılan təhqiqatları əngəlləyən toxunulmazlıqdan istifadə etmək olmaz”.

“Cənab Xaşuqçinin konsulluğa girməsi, o vaxtdan bəri görünməməsinə aydın dəlil olduğundan onun başına nə gəldiyini açıqlamağın məsuliyyəti Səudiyyə rəhbərliyi üzərinə düşür”, – rəsmi deyib.

Pompeo Səudiyyə Ərəbistanından sonra Türkiyəyə gedəcək. Tramp deyib ki, Səudiyyə Ərəbistanının Xaşuqçinin yoxa çıxması və şübhəli qətlində əli varsa, onu sərt cəza gözləyir.(Azadlıq radiosu)

pia.az