Rusiya sərhədçiləri Ermənistana keçən türkiyəlini tutdular

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxsi saxlayıblar
###reklam250###

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, Gümrü sərhəd zastavasının növbətçiləri dövlət sərhədini pozan şəxsi aşkar edib və az sonra saxlayıblar.

Türkiyə vətəndaşı olan şəxsin sərhədi nə məqsədlə pozması araşdırılır.

Saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.

pia.az